“Milan”ın məşqçisi koronavirusa yoluxub

“Milan”ın məşqçisi koronavirusa yoluxub
# 13 oktyabr 2020 16:26 (UTC +04:00)

İtaliyanın “Milan” klubunda daha bir koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə məşqçi Daniele Boneranın testi pozitiv çıxıb.

“Rossonyerlər” rəsmi saytı vasitəsilə baş məşqçi Stefano Piolinin köməkçisinin virusa yoluxduğunu bəyan edib. Sabiq müdafiəçi hazırda evindədir və səhhəti yaxşıdır. Sonuncu dəfə “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda oktyabrın 17-də “İnter”lə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR