Mirça Luçesku Kiyev "Dinamo"suna baş məşqçi təyin olunub

Mirça Luçesku Kiyev "Dinamo"suna baş məşqçi təyin olunub
# 23 iyul 2020 16:31 (UTC +04:00)

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu posta Mirça Luçesku gətirilib.

Üç gün əvvəl Aleksey Mixayliçenkonu istefaya göndərən Ukrayna klubu Luçeskunu artıq təqdim edib. Rumıniyalı mütəxəssis yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb. 75 yaşlı çalışdırıcı 2004-2016-cı illərdə Ukraynada Donetsk "Şaxtyor"una başçılıq edib.

Qeyd edək ki, Mirça Luçesku son iş yeri olan Türkiyə millisindən ötən il ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR