Mövsümün əvvəlində yarımçıq çempionatları bitirib, ardınca yeniləri başlaya bilər

Mövsümün əvvəlində yarımçıq çempionatları bitirib, ardınca yeniləri başlaya bilər
# 28 mart 2020 21:22 (UTC +04:00)

Futbol üzrə milli çempionatlarda koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümü avqustda davam etdirilə bilər.

Apasport.az saytının məlumatına görə, UEFA-ya yarımçıq qalan mövsümü növbəti çempionatın əvvəlində başa çatdırmaq təklif edilib.

Bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb. Sloveniyalı assosiasiya rəhbəri qeyd edib ki, liqalar və avrokubokların bərpası mayda da, iyunun əvvəli də, sonu da başlaya bilər: “Daha gec olsa mövsüm itirilmiş olacaq. Lakin gələn mövsümün əvvəlində yarımçıq çempionatları bitirib, ardınca yeniləri başlamaq təklifi də irəli sürülüb. Mən böyük oyunların azarkeşsiz keçirilməsinin əleyhinəyəm”.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən 54-də çempionat dayandırılıb və yalnız Belarusda oyunlar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR