Məsut Özil: "Bir Super Liqa var"

#
# 14:54
21 aprel 2021

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Məsut Özil iflasa uğrayan Superliqa barədə paylaşım edib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Avropa nəhənglərinin yaratdığı, lakin ömrü uzun olmayan layihəyə rişxəndlə yanaşıb.

Superliqanın əsas təşəbbüskarlarından olan Florentino Peresin prezidenti olduğu “Real”da da oynamış Özil paylaşımında oynadığı Türkiyə çempionatının Super Liqa olmasına eyham vurub: “Yalnız bir Super Liqa var”.

Qeyd edək ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Bu gün imtina edənlərin sıraları “İnter”lə “Atletiko” hesabına daha da genişlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR