Münhen AVRO-2020 üçün təminat verə bilmir

#
# 13:16
13 aprel 2021

Almaniyanın Münhen şəhəri AVRO-2020-nin oyunlarında azarkeşlərin stadiona buraxılmasına təminat verə bilmir.

Apasport.az saytının məlumatına görə, bunu şəhərin meri Diter Rayter açıqlayıb.

O bildirib ki, AVRO-2020-ni qəbul edəcək 12 şəhərdən biri olan Münhen təminatla bağlı problemi həll etməkdə çətinlik yaşayır: “Təəssüf ki, hazırda Bavariyada olan koronavirusla bağlı qaydaları və yoluxmanın yayılma göstəricilərinə əsasən oyunların azarkeşsiz keçiriləcəyini istisna etmək mümkün deyil”.

Qeyd edək ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək yarışa ev sahibliyi edəcək Bakı, London, Sankt-Peterburq, Buxarest, Amsterdam, Qlazqo, Kopenhagen və Budapeşt azarkeşlərin oyunlarda iştirakı ilə bağlı təminat verib. Digər 4 şəhər – Münhen, Bilbao, Roma və Dublin üçün bunu etmək müddəti uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR