"Napoli" Dris Mertenslə 2 illik müqavilə imzalayıb

#
# 11:24
18 iyun 2020

“Napoli”nin hücumçusu Dris Mertens müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Belçika millisinin üzvü cari mövsümün sonuna qədər olan sözləşməsini daha 2 il artırıb. Bu müddətdə futbolçu uğurlu çıxış edərsə, daha 1 il komandada qalacaq.

Qeyd edək ki, 2013-cü ildən “Napoli”nin formasını geyinən Dris Mertens 122 qolla klub tarixinin bombardiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR