"Neftçi" "Qəbələ"yə qalib gələ bilməyib, “Sabah” – “Səbail” matçında qol vurulmayıb

#
# 19:56
10 aprel 2021

Azərbaycan Premyer Liqasında IV, sonuncu dövrəyə start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün XXII turun ilk iki oyunu keçirilib.

Açılış matçı Qəbələdə baş tutub. Ötən turda “Sumqayıt”a məğlub olaraq, liderliyi əldən verən “Neftçi” bu dəfə “Qəbələ”nin qonağı olub. “Ağ-qaralar” çempionluq uğrunda mübarizədə daha bir ağır zərbə alıb. Sürətli və bol qollu alınan görüşdə “Qəbələ” iki dəfə hesabda önə keçməsinə baxmayaraq, üstünlüyünü qoruya bilməyib. Buna baxmayaraq, “qırmızı-qaralar” güclü rəqibindən 1 xal almağa müvəffəq olub.

Keçən həftə qələbə qazanaraq sonuncu pillədən qurtulan “Sabah” onunla eyni xala malik “Səbail”lə üz-üzə gəlib. Hər iki komanda ölkə kubokunda mübarizəni dayandırdığından, yeganə ümid yeri çempionatda 4-cü yeri tutmaqdır. Lakin sönük şəraitdə keçən matçda qapılara qol vurulmayıb. Nəticədə bu qarşılaşmada da heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək. “Zirə” “Keşlə”ni (17:00), “Qarabağ” isə “Sumqayıt”ı (19:15) qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XXII tur
10 aprel (şənbə)
16:00. “Qəbələ” – “Neftçi” - 2:2
Qollar: 
Ceyms Adeniyi, 54, Yurgen Qoxa, 67 - Mirabdulla Abbasov, 62, Emin Mahmudov, 71 (pen.)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Burin, 17. Bruno Teluşi, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 20. Mert Çelik
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 28. Stiven Monroz, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
Qəbələ şəhər stadionu

18:00. “Sabah” – “Səbail” - 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov
“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriges, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 14. Slavik Alxasov, 28. Kevin Kubemba, 3. Zurab Oçiqava, 72. Kamran Quliyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Bank Respublika Arena”

1

Neftçi

22

13

4

5

32-23

43

2

Qarabağ

21

12

7

2

47-14

43

3

Zirə

21

7

10

4

24-21

31

4

Sumqayıt

21

7

8

6

25-24

29

5

Qəbələ

22

5

9

8

20-21

24

6

Səbail

22

4

8

10

19-33

20

7

Sabah

22

5

5

12

20-29

20

8

Keşlə

21

3

9

9

21-33

18

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 14 qol, Mahir Emreli ("Qarabağ") - 13 qol, Filip Ozobiç ("Qarabağ") - 10 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR