“Neftçi” Sabir Buqrini transfer edib

“Neftçi” Sabir Buqrini transfer edib
# 18 iyul 2020 23:49 (UTC +04:00)

"Neftçi" daha bir transferini rəsmiləşdirib.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, "ağ-qaralar" Sabir Buqrini heyətinə cəlb edib.

Bakı təmsilçisi bunu ənənəvi olaraq hazırladığı videoroliklə açıqlayıb. Lüksemburq klubu "Düdelanj"la müqavilə müddəti başa çatan belçikalı yarımmüdafiəçi "Neftçi"yə havayı başa gəlib. Onunla 2 illik müqavilə imzalanıb. 24 yaşlı orta sahə oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mərakeş əsilli Sabir Buqrin Belçikanın U-19, Mərakeşin isə U-23 yığmasında çıxış edib. "Lyers"in yetirməsi olan futbolçu bu klubla yanaşı, Fransada da "Paris"in formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR