"Neftçi" braziliyalı futbolçunun transferini açıqlayıb

"Neftçi" braziliyalı futbolçunun transferini açıqlayıb
# 25 iyul 2020 00:57 (UTC +04:00)

"Neftçi" daha bir transferini təqdim edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı müdafiəçi Tallison Diazın "ağ-qaralar"ın formasını geyinəcəyi dəqiqləşib.

"Flaqman" sol cinah oyunçusunu da digər transferlər kimi, xüsusi videoçarx şəklində təqdim edib. "Quarani"dən gələn 29 yaşlı oyunçu paytaxt klubunda 91 nömrəli formanı geyinəcək. Onunla 2 illik müqavilə imzalanıb.

Tallison buna qədər 2018/19 mövsümündə Avropada legioner həyatı yaşayıb, Belçika "Sent-Truyden"inin şərəfini geyinib. Arxa xətt oyunçusu ölkəsi Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018), "Novorizontino” (2018) və "Quarani” (2019-2020) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi" yay fasiləsində Tallisondan öncə Cabir Əmirli, Yusuf Laval, Sabir Buqrin və Rener Alves de Souzanı transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR