"Neftçi" qalib gəlib, "Keşlə" uduzub

"Neftçi" qalib gəlib, "Keşlə" uduzub
# 22 noyabr 2020 17:58 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında X turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 2 matç baş tutub.

“Qəbələ” öz meydanında “Neftçi” ilə üz-üzə gəlib. Bu görüş qonaqların baş məşqçisi Samir Abasovun postunda debütü ilə əlamətdar olub. Müdafiəçi Anton Krivotsyukun dubl etdiyi qarşılaşmada Abasov “siftə”sini böyükhesablı qələbə ilə qeyd edib. Öz meydanında 4 qol buraxan “qırmızı-qaralar”ın gücü yalnız təsəlli topuna çatıb.

Günün digər görüşündə “Zirə” “Keşlə”ni sınağa çəkib. Son 3 matçda məğlub olmayan “Zirə” uğurlu seriyasını davam etdirib. Paytaxt derbisində 3 xalı 3 qolla qazanan Rəşad Sadıqovun yetirmələri lider "Qarabağ"la eyni xala malikdir.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalıb gəlib. “Sabah”la “Səbail”in dueli isə hər iki komandada koronavirusa yoluxanların yenidən test verməsi səbəbindən noyabrın 23-nə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
X tur
22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi” - 1:4
Qollar:
Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3
Baş hakim: Rəvan Həmzəzadə
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 3. Mamadu Mbodj, 13. Prins İbara, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə” - 3:1
Qollar:
Dmitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 - Klesio Bauk, 74 (avtoqol)
Baş hakim: Əliyar Ağayev
“Zirə”: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriges, 23. Artur Batista, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 4. Şəhriyar Əliyev, 20. Rail Məlikov, 48. Dmitro Klots, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə
Baş məşqçi: Yunis Hüseynov
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

9

5

3

1

26-6

18

2

Zirə

10

5

3

2

12-9

18

3

Neftçi

10

5

2

3

11-13

17

4

Sumqayıt

10

4

3

3

13-15

15

5

Keşlə

10

3

3

4

11-15

12

6

Səbail

8

2

3

3

9-10

9

7

Qəbələ

10

1

5

4

8-18

8

8

Sabah

9

2

0

7

8-12

6

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ"), Namiq Ələsgərov ("Neftçi") - 6 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR