“Neftçi”nin heyətdən kənarlaşdırdığı futbolçu Premyer Liqanın bombardiri sayılıb

“Neftçi”nin heyətdən kənarlaşdırdığı futbolçu Premyer Liqanın bombardiri sayılıb
# 18 iyun 2020 12:36 (UTC +04:00)

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə başa çatan Azərbaycan Premyer Liqasının bombardiri adına Baqali Dabo layiq görülüb.

Apasport.az saytının məlumatına görə, “Neftçi”nin artıq əsas komandadan kənarlaşdırdığı fransalı futbolçusu buna 7 qolla nail olub.

Dabo eyni sayda qol vuran digər oyunçuları daha az oyun keçirdiyinə görə qabaqlayıb. Fransalı hücumçu 15 matçda 7 dəfə fərqlənib.

“Qarabağ”ın forvardı Mahir Emreli 16 görüşdə eyni sayda qol sevinci yaşayıb. Aktivində 7 top olan digər iki oyunçu isə 19 görüşdə bunu reallaşdırıb. Bunlar “Neftçi”nin üzvü Stiven Monrozla “Sumqayıt”ın legioneri Peyman Babayidir. Sonuncu 2 topu penaltidən vurduğu üçün Monroz 3-cü, Babayi 4-cü olub.

1. Baqali Dabo ("Neftçi") - 7 qol (15 oyun)
2. Mahir Emreli ("Qarabağ") - 7 qol (16 oyun)
3. Stiven Monroz ("Neftçi") - 7 qol (19 oyun)
4. Peyman Babayi ("Sumqayıt") - 7 qol (19 oyun)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR