"Neftçi"nin idman direktoru və baş məşqçisi istefa veriblər

"Neftçi"nin idman direktoru və baş məşqçisi istefa veriblər
# 11 noyabr 2020 15:10 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Məmmədovla yanaşı, idman direktoru Ceyhun Sultanovun vəzifəsindən ayrıldığını açıqlayıb. Hər iki şəxsin Premyer Liqanın IX turunda “Qarabağ”la (0:6) matçdan sonra istefa verdiyi bildirilib. Sultanov və Məmmədovun ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Qeyd edək ki, Füzuli Məmmədovun “Neftçi” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR