Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər
# 10 iyun 2020 16:07 (UTC +04:00)

PSJ-nin hücumçusu Neymar həbs oluna bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ilə bağlı istintaq başladılıb.

Buna səbəb Neymarın anası Nadin Qonsalveslə onun keçmiş sevgilisi Tyaqo Ramos arasında yaşanan mübahisəyə qarışması olub. Hadisədən sonra Neymarın dostları ilə olan qrupuna atdığı səsyazısı məsələni yenidən gündəmə gətirib. Həmin səsyazısında Neymarın və dostlarının Tyaqo Ramosu təhdid edən fikirləri var.

Bununla bağlı prokurorluğa şikayət ünvanlanıb. Eyni zamanda, səsyazma da San-Paulo prokurorluğuna verilib. Məsələnin araşdırılacağı və təqdim olunan sənədin təhlil olunacağı bildirilib. Əgər Neymarın günahkar olduğu sübuta yetirilsə, barəsində həbs qərarı verilə bilər.

Qeyd edək ki, Nadin Qonsalveslə Tyaqo Ramos arasında yaşanmış mübahisədən sonra ikinci qolunda kəsiklərlə xəstəxanaya aparılıb və cütlük polisə ifadə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR