Neymar vergidən yayınmaqda ittiham olunur

#
# 19:39
30 sentyabr 2020

Braziliya millisinin futbolçusu Neymar vergidən yayınmaqda ittiham olunur.
 
Apasport.az saytının məlumatına görə, Fransanın PSJ klubunda çıxış edən hücumçu İspaniya “Barselona”sında oynadığı 2013-17-ci illərdə vergiləri tam ödəməyib.
 
İspaniya vergilər xidməti 2019-cu ilin sonuna qədər olan dövr üçün hesabat hazırlayıb. Burada ən azı 1 milyon avro vergi ödəməyənlər yer alıb.
 
Ən çox borc sahiblərindən biri Neymardır. Braziliyalı vergilərə 34,6 milyon avro borcludur.
 
“Barselona” və “Saraqosa”nın sabiq müdafiəçisi Qabriel Militonun borcları 1,8 milyondur. İspaniya klublarından “Mursiya” (10,7 milyon avro), “Erkules” (3,7), “Leida” (1,5), “Xaen” (1,2) və “Reus” (1,1) siyahıya daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR