Niderland millisinin hücumçusu “Barselona”ya keçir

Niderland millisinin hücumçusu “Barselona”ya keçir
# 15 sentyabr 2020 16:19 (UTC +04:00)

Fransanın “Lion” klubunun hücumçusu Memfis Depayın İspaniya təmsilçisi “Barselona”ya transferi reallaşmaq üzərdir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Keçidin detalları açıqlanmasa da, Niderland millisinin forvardının karyerasını “Barselona”da davam etdirəcəyi bildirilir. Kataloniya klubu 26 yaşlı oyunçunu bu həftə ərzində təqdim etməyi planlaşdırır.

Qeyd edək ki “Lion”la müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Depay “Barselona”ya keçmək istədiyindən, fransalıların yeni sözləşmə təklifini rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR