PSJ-nin 5 futbolçusu “Mançester Yunayted”lə oyunu buraxacaq

PSJ-nin 5 futbolçusu “Mançester Yunayted”lə oyunu buraxacaq
# 19 oktyabr 2020 22:30 (UTC +04:00)

Fransanın PSJ klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İngiltərə təmsilçisi “Mançester Yunayted” önünə ciddi itkilərlə çıxacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə parislilərin baş məşqçisi Tomas Tuxel məlumat verib.

Almaniyalı mütəxəssis 5 oyunçunun qarşıdakı görüşü buraxacağını açıqlayıb: “Markinyoş və Yulian Drakslerin iştirakına ümid edirəm. Ancaq Mauro İkardi, Marko Verratti, Leandro Paredes, Tilo Kerer və Xuan Bernat görüşün iştirak ərizəsinə salınmayacaq. Çempionlar Liqasında epizod yaratmaq və qol vurmaq çətindir. Ancaq biz artıq bu turnirin təhlükəli komandasıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR