PSJ-nin Ramosa təklif etdiyi şərtlər bəlli olub

PSJ-nin Ramosa təklif etdiyi şərtlər bəlli olub
# 16 noyabr 2020 11:36 (UTC +04:00)

Fransanın PSJ klubunun İspaniya millisinin futbolçusu Serxio Ramosa təklif etdiyi şərtlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi İspaniya “Real”ının kapitanını cəlbedici şərtlərlə heyətinə qatmaq istəyir.

Madrid klubu ilə razılıq əldə edə bilməyən futbolçuya Parisdə üç illik müqavilə təklif olunub. Ramos Fransa klubuna keçsə, ildə 16,8 milyon avro qazanacaq. Serxio müqaviləyə imza atdığı üçün də böyük məbləğdə bonus alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR