Paolo Rossi 64 yaşında vəfat edib

Paolo Rossi 64 yaşında vəfat edib
# 10 dekabr 2020 09:19 (UTC +04:00)

İtaliyanın əfsanəvi futbolçularından olan Paolo Rossi 64 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı Federika Kappelletti instaqram səhifəsi vasitəsilə məlumat verib.

O bildirib ki, müalicəsi mümkün olmayan xəstəlik Rossinin ölümünə səbəb olub.

Rossi DÇ-1982-nin qalibi, eyni zamanda 6 qolla bombardiri olub. Elə həmin il Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a layiq görülüb.

Qeyd edək ki, Paolo Rossi karyerası ərzində “Yuventus”, “Komo”, “Viçentsa”, “Milan” və “Verona” klublarında çıxış edib, 340 oyunda 134 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR