Pedro “Çelsi”dən getdiyini açıqlayıb

Pedro “Çelsi”dən getdiyini açıqlayıb
# 27 iyul 2020 11:31 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro komandanı tərk edəcəyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Premyer Liqanın son turunun “Vulverhempton”la qarşılaşmanın (2:0) sonuncu ev matçı olduğunu bəyan edib.

Pedro sosial şəbəkə paylaşımında bildirib ki, “Stemford Bric”də son oyununu keçirib: “Stemford Bric”də son oyunum. Bütün azarkeşlərə təşəkkür edirəm. İndi İngiltərə kuboku üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, 2015-ci ildən “Çelsi”də oynayan 32 yaşlı futbolçunun “Roma”ya keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR