Pelenin vəziyyəti yenidən pisləşib

Pelenin vəziyyəti yenidən pisləşib
# 10 fevral 2020 22:48 (UTC +04:00)

Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yenidən pisləşib.

Apasport.az saytının məlumatına görə, "kral" ləqəbli futbolçu artıq addım atmaqda çətinlik çəkir.

Bunu Braziliya millisinin sabiq üzvünün oğlu Edinyo deyib. O bildirib ki, atası bütün gününü evdə keçirir: "Atam çox utancaqdır. Təsəvvür edin: o, kraldır və həmişə belə təsiredici bir sima olub, insanların yaddaşında bu cür qalmaq istəyir. Təəssüf ki, bu gün normal gəzə bilmir. Çox utanır, belə vəziyyətdə də evdən çıxmaq istəmir".

Qeyd edək ki, 80 yaşlı Pele üçqat (1958, 1962, 1970) dünya çempionudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR