Polşa Milli Stadionu koronavirus səbəbindən xəstəxanaya çevrilib

Polşa Milli Stadionu koronavirus səbəbindən xəstəxanaya çevrilib
# 20 oktyabr 2020 12:04 (UTC +04:00)

Polşa Milli Stadionu koronavirus infeksiyasından əziyyət çəkən xəstələrə xidmət edəcək.

Apasport.az saytının məlumatına görə, 60 min tamaşaçı tutumuna malik olan arena hökumətin sərəncamına verilib.

Buna səbəb koronavirus xəstələrinin sayının çox olması və xəstəxanalarda boş yerlərin qalmamasıdır. Varşavadakı stadionun tribunalarının arxasında tibbi xidmət göstərmək üçün konfrans zalları var. Arenaya həftəsonundan etibarən xəstələrin qəbulu üçün artıq 500 çarpayı yerləşdirilib.

Hökumət rəsmiləri kifayət etməyəcəyi təqdirdə, Polşanın 16 inzibati bölgəsinin hər birində səhra xəstəxanaları yaradılmağın mümkünlüyünü vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR