Premyer Liqa klubları “Mançester Siti”yə qarşı CAS-a müraciət ünvanlayıb

Premyer Liqa klubları “Mançester Siti”yə qarşı CAS-a müraciət ünvanlayıb
# 25 mart 2020 11:12 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən 8 klub İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi”nin də daxil olduğu şikayətçilər “Mançester Siti” ilə bağlı vəziyyətdən narazıdır.

Məsələ ondadır ki, UEFA son İngiltərə çempionunu maliyyə feyr-pleyi ilə əlaqədar iki illik avrokuboklardan kənarlaşdırıb. “Şəhərlilər” isə məsələdən CAS-a şikayət edib.

Mövcud qaydalara əsasən, apelyasiya ilə bağlı araşdırmalar zamanı cəza dondurulur. Bu da o deməkdir ki, CAS məsələyə baxana qədər UEFA-nın cəzası qüvvədə olmayacaq. Premyer Liqa klubları bu vəziyyətdə “Mançester Siti”nin Çempionlar Liqasında oynamasının əleyhinə çıxıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Premyer Liqa dayandırılarkən “Mançester Siti” turnir cədvəlinin Çempionlar Liqasında oynamaq hüququ verən ikinci pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR