Premyer Liqa üçün yeni top təqdim olunub

Premyer Liqa üçün yeni top təqdim olunub
# 29 iyun 2020 22:55 (UTC +04:00)

ABŞ-ın “Nayk” idman malları istehsalçısı 2020/21 mövsümü ərəfəsində yeni topu təqdim edib.

Apasport.az saytının məlumatına görə, yeni idman ləvazimatı “Nike Flight Ball” adlanır.

Bu top ağ fonda qara çalarlarla hazırlanıb. Onun hazırlanmasında innavasiya texnologiyalarından istifadə olunub.

Yeni mövsümdə bu top “Nike” ilə partnyor olan çempionatlarda istifadə olunacaq. İngiltərə Premyer Liqası, Rusiya Premyer Liqası kimi çempionatlar da bu şirkətin toplarından istifadə olunur.

“Nike” şirkətinin tərəfdaşları sırasında AFFA da var. Koronavirus pandemiyası üzündən yarımçıq başa çatan 2019/20 mövsümündə Azərbaycan Premyer Liqasında da bu şirkətin toplarından istifadə olunub. Yeni mövsümdə də təqdim olunan toplardan ölkəmizə gətiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR