Premyer Liqada klublar və hakimlər Gəncəyə dəstək üçün meydana "Kəpəz"in formasında çıxıb

Premyer Liqada klublar və hakimlər Gəncəyə dəstək üçün meydana "Kəpəz"in formasında çıxıb
# 18 oktyabr 2020 16:05 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının VI turunun son qarşılaşması start götürüb.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edir.

“Kapital Bank Arena”dakı qarşılaşmaya hər iki komanda, həmçinin hakimlər briqadası Gəncənin “Kəpəz” klubunun forması ilə çıxıb. Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb.

Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR