“Qalatasaray” kapitan ilə yeni müqavilə bağlayır

“Qalatasaray” kapitan ilə yeni müqavilə bağlayır
# 12 oktyabr 2020 12:02 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Musleranın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, uzunmüddətli zədədən əziyyət çəkən Uruqvay millisinin qolkiperi “cim-bom”la yeni müqavilə imzalamağa razılıq verib.

Müqavilə müddəti 2021-ci ilin yayına qədər olan kapitan yeni 2 illik saziş bağlayacaq və maaşında endirim ediləcək.

Həmçinin braziliyalı müdafiəçi Markaonun da müqavilə müddətinin 2024-cü ilin yayına qədər uzadılması gözlənilir. Avropa klublarının maraq dairəsində olan “sambaçı”nın illik məvacibi 850 min avroya yüksəldiləcək.

Qeyd edək ki, Fernando Muslera 2011-ci, Markao isə 2019-cu ildən “Qalatasaray”da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR