“Qalatasaray”ın futbolçusu “Neftçi” ilə oyunu buraxacaq

“Qalatasaray”ın futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
# 11 sentyabr 2020 10:42 (UTC +04:00)

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə klubu “Qalatasaray”ın heyətində iki zədəli futbolçu var.

Apasport.az saytının məlumatına görə, bunlar hücumçu Mbaye Dian və yarımmüdafiəçi Əmrə Akbabadır.

Əzələsində ağrılar olan seneqallı forvard komandanın dünənki məşqinin bir hissəsində iştirak edib. Lakin daha sonra yüngül qaçışla kifayətlənib. Əmrə isə fiziki hazırlıq üzrə məşqçinin nəzarətində fərdi çalışıb.

Dianın Super Liqanın 1-ci turunda “Qaziantep”lə sentyabrın 12-də keçiriləcək oyunun iştirak ərizəsində olacağı bildirilir. Ondan fərqli olaraq, Akbaba ən yaxşı halda 3-cü turda “Fənərbaxça” derbisinə yetişə bilər. Bu isə o deməkdir ki, Türkiyə millisinin üzvü “Qaziantep”ə qarşı görüşlə yanaşı, “Neftçi” ilə Bakıdakı qarşılaşmanı da buraxacaq.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR