“Qalatasaray”ın hücumçusunun müqavilə sənədi oğurlanıb

“Qalatasaray”ın hücumçusunun müqavilə sənədi oğurlanıb
# 15 aprel 2021 12:08 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusu Mustafa Məhəmmədlə bağlı qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “cim-bom”da icarə əsasında çıxış edən Misir millisinin hücumçusunun “Zamalek”lə müqavilə sənədi oğurlanıb.

24 yaşlı forvardın İstanbul təmsilçisinə icarəyə verilməzdən əvvəl “Zamalek”lə bağladığı yeni sözləşmə yoxa çıxıb. Əl-ayağa düşən Misir təmsilçisinin rəhbərliyi həmin sənədi tapa bilmir. Bu səbəbdən klub rəsmilərindən Əhməd İbrahim vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu ilin əvvəlində “Qalatasaray”a 1,5 illik icarəyə verilən Mustafa Məhəmməd “Zamalek”lə anlaşmasını 2024-cü ilin yayına qədər uzatmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR