"Qarabağ" Avropa Liqasında "Sivasspor"a uduzub

"Qarabağ" Avropa Liqasında "Sivasspor"a uduzub
# 05 noyabr 2020 23:45 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsində üçüncü matçına çıxıb.

Ağdam təmsilçisi III tur çərçivəsində Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşıb. İ qrupunun autsayderlərinin dueli erkən qolla başlayıb. Artıq 11-ci dəqiqədə Caner Osmanpaşa meydan sahiblərini hesabda önə çıxarıb.

Super Liqa təmsilçisi görüşün sonlarında daha bir dəfə fərqlənərək qrupda ilk qələbəsini qazanıb. Bu dəfə Olarenvayu Kayode qol sevinci yaşayıb.

Bunadək İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə 0:1, qardaş Türkiyənin İstanbul şəhərində “Vilyarreal”a 1:3 hesabı ilə uduzan “Qarabağ” isə ardıcıl 3-cü məğlubiyyətlə 1/16 final mərhələsinə vəsiqə şansını çətinə salıb. Ağdamlılar növbəti oyununu noyabrın 26-da “Sivasspor”a qarşı keçirəcək. Rəqibini ölkə xaricində qəbul etməli olan “Qarabağ”ın ev matçının yeri hələ dəqiqləşməyib.

Qeyd edək ki, qrupun digər oyununda ilk iki turda qələbə qazanan “Vilyarreal”la “Makkabi” üz-üzə gələcək. İspaniyadakı görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Avropa Liqası
İ qrupu, III tur
5 noyabr
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar:
Caner Osmanpaşa, 11, Olarenvayu Kayode, 88
Baş hakim: Sandro Şarer (İsveçrə)
“Sivasspor”: 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 8. Robin Yalçın, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 6. Klaudemir, 17. Ərdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kasimir Rodriqe Ninqa, 76. Faysal Fayr,
Ehtiyat oyunçular: 25. Muammer Zülfikar, 5. İsak Kofie, 10. Yasin Öztəkin, 2. Aruna Kone, 7. Maks-Alain Qradel, 19. Kubilay Eren Şahin, 80. Olarenvayu Kayode.
Baş məşqçi: Rza Çalımbay
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 77. Vild-Donald Gerye, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı;
4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 22. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov.
Sivas. “Yeni 4 Eylül” stadion

1

Vilyarreal

2

2

0

0

8-4

6

2

Makkabi

2

2

0

0

3-1

6

3

Sivasspor

3

1

0

2

6-7

3

4

Qarabağ

3

0

0

3

1-6

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR