“Qarabağ” Avropa Liqasının qrupuna düşdüyü üçün 9 milyon manatdan artıq qazanc əldə edib

“Qarabağ” Avropa Liqasının qrupuna düşdüyü üçün 9 milyon manatdan artıq qazanc əldə edib
# 02 oktyabr 2020 13:08 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün qazandığı məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri turnirin əsas mərhələsində oynayacağı üçün daha 2,92 milyon avro əldə ediblər.

Çünki qrupda mübarizə aparan 48 klubdan hər biri nəticələrdən asılı olmayaraq bu məbləği qazanıb. Bu, yalnız qrupa vəsiqə üçün ayrılan vəsaitdir. UEFA-nın çoxşaxəli maliyyə bölgüsünə əsasən məbləğ daha da artacaq. Çünki reytinqə, marketinq yoluna, sosial bonuslar və nəticələrə görə əlavə qazanc əldə edəcək.

Qrupa qədər keçirdiyi oyunlarda isə “Qarabağ” 1,7 milyon avro qazanıb. Bu o deməkdir ki, Ağdam təmsilçisinin 4 mərhələnin yekununa əsasən büdcəsinə 4,62 milyon avro (9 milyon 170 min 700 manat) vəsait daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR