“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib
# 06 noyabr 2020 11:27 (UTC +04:00)

Avrokubokların qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə klubu “Qarabağ”ın da mövqeyi dəyişib. Türkiyədə “Sivasspor”a 0:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri 65-ci pillədə qərarlaşıb.

Ötən həftə ilə müqayisədə 1 pillə geriləyən Azərbaycan çempionunun aktivində 21,000 xal var. Qurban Qurbanovun yetirmələri Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir. Onlar 65-66-cı yerləri bölüşür.

“Qarabağ”ın geriləməsinə “Reyncers” səbəb olub. 64-cü sıraya yüksələn Şotlandiya təmsilçisinin hesabında 21,250 xal var.

Qeyd edək ki, reytinqə 117 xala malik Almaniya “Bavariya”sı başçılıq edir. İspaniya təmsilçilərindən “Barselona”nın 112, “Real”ın 108 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR