"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub
# 23 oktyabr 2020 11:16 (UTC +04:00)

Avrokubokların qrup mərhələsinin ilk oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, I tur çərçivəsində baş tutan Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Siyahının ilk “100-lüy”ündə yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməyib. İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi 21,000 xalla 64-65-ci yerləri bölüşür. “Qarabağ” Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir.

Qurban Qurbanovun yetirmələri 61-63-cü olan PSV (Niderland), “Milan” (İtaliya) və “Standard”dan (Belçika) 1 xal geri qalır. Son matçlaradək bu üç komandaya şərik olan Mönhenqladbax “Borussiya”sı isə xal ehtiyatını artıraraq izləyiciləri, o cümlədən “Qarabağ”dan uzaqlaşıb. Almaniyalılar 23,000 xalla 59-cudur.

Qeyd edək ki, reytinqə 113 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR