“Qarabağ” avrokubokda mərhələ adlamaq şansını itirib - FOTOSESSİYA

“Qarabağ” avrokubokda mərhələ adlamaq şansını itirib - FOTOSESSİYA
# 26 noyabr 2020 23:48 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam təmsilçisi bu gün IV turun matçına çıxıb.

Ev oyununu İstanbulda keçirən Qurban Qurbanovun yetirmələri Türkiyənin “Sivasspor” klubu ilə görüşüb. Hər iki komanda zədəli və koronavirusa yoluxan futbolçuların çoxluğu səbəbindən kasad heyətlə meydana çıxıb.

İlk üç qarşılaşmada uduzan “Qarabağ” “Başakşəhər Fatih Terim” stadionunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, nəinki qələbə qazanmayıb, heç xal da ala bilməyib. 5 topun vurulduğu görüşdə Abdullah Zubir və Uroş Matiçin qolları uğursuz seriyaya son qoymaq üçün kifayət etməyib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurbanovun kollektivi üçün formal xarakter daşıyacaq.

Qrupun digər oyununda Təl-Əviv “Makkabi”si öz meydanında İspaniya “Vilyarreal”ı ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

Avropa Liqası
Qrup mərhələsi, IV tur
İ qrupu, 26 noyabr
21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3
Qollar:
Abdullah Zubir, 8, Uroş Matiç, 51 - Aruna Kone, 40 (pen.), 79, Olarenvayu Kayode 59
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 2. Qara Qarayev (k), 77. Vild-Donald Gerye, 44. Elvin Cəfərquliyev, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sivasspor”: 30. Mamadu Samassa, 88. Caner Osmanpaşa, 4. Aaron Appindanqoye, 3. Uğur Çiftçi, 87. Marselo Qoyano, 8. Robin Yalçın, 6. Klaudemir, 29. Kasimir Rodriqe Ninqa, 7. Maks-Alain Qradel, 10. Yasin Öztəkin, 2. Aruna Kone (k)
Ehtiyat oyunçular: 35. Ali Şaşal Vural, 5. İsak Kofie, 14. Samba Kamara, 80. Olarenvayu Kayode
Baş məşqçi: Rza Çalımbay
İstanbul (Türkiyə). “Başakşəhər” Fatih Terim Stadionu

1

Vilyarreal

4

3

1

0

13-5

10

2

Makkabi

4

2

1

1

4-6

7

3

Sivasspor

4

2

0

2

9-9

6

4

Qarabağ

4

0

0

4

3-9

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR