“Qarabağ”a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına düşüb

“Qarabağ”a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına düşüb
# 06 noyabr 2020 12:54 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin III turunun rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi “11-lik”də I dövrənin son turunda fərqlənən futbolçular yer alıb.

Azərbaycan çempionu “Qarabağ”la oyunda (2:0) hesabı açan Caner Osmanpaşa (Sivasspor) da rəmzi komandaya düşüb.

Qapıçı: Pau Lopez (Roma);

Müdafiəçilər: Ceyms Yustin (Lester), Gernot Trauner (LASK), Caner Osmanpaşa (Sivasspor), Ridgesiano Haps (Feyenoord);

Yarımmüdafiəçilər: Leon Baili (Bayer), Ceyms Maddison (Lester), Petros Mantalos (AEK), Andriya Jivkoviç (PAOK);

Hücumçular: Lukaş Yuliş (Sparta), Yusuf Yazıcı (Lill).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR