“Qarabağ”da koronavirus testinin nəticəsi və zədəlilərin durumu açıqlanıb

“Qarabağ”da koronavirus testinin nəticəsi və zədəlilərin durumu açıqlanıb
# 25 noyabr 2020 11:08 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində “Sivasspor”la qarşılaşacaq “Qarabağ” İstanbula səfər öncəsi koronavirus testindən keçib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Türkiyəyə yollanan bütün heyətin testi neqativ nəticələnib.

Ancaq heyətlə bağlı problemlər davam edir. Kapitan Maksim Medvedev və digər müdafiəçi Rahil Məmmədov millinin düşərgəsində koronavirusa yoluxduğu üçün hələ Vətənə qayıtmayıblarsa, 3 futbolçunun zədədən əziyyət çəkməsi baş məşqçi Qurban Qurbanovu narahat edir.

Kabo verdeli yarımmüdafiəçi Patrik Andrade, həmçinin yığmanın heyətində zədələnən müdafiəçilər Bədavi Hüseynovla Abbas Hüseynov da heyətdə yer alıblar. Adıçəkilən oyunçuların “Sivasspor”la matçda iştirakı sual altındadır. Komanda yoldaşlarından fərqli, Bədavinin durumu nisbətən yaxşıdır. Ancaq onlar barədə yekun qərar bugünkü məşqin ardından veriləcək.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Sivasspor” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR