“Qarabağ”ın Futbol Akademiyasında koronavirus səbəbindən məşqlər dayandırılıb

“Qarabağ”ın Futbol Akademiyasında koronavirus səbəbindən məşqlər dayandırılıb
# 04 mart 2020 12:25 (UTC +04:00)

"Qarabağ"ın Futbol Akademiyasında məşqlər dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bütün komandaların hazırlığı martın 10-dək ləğv olunub.

Buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə səbəb olub. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə klub rəhbərliyi belə bir addımı zəruri sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR