“Qarabağ”ın İsrailə gedəcəyi vaxt müəyyənləşib

“Qarabağ”ın İsrailə gedəcəyi vaxt müəyyənləşib
# 19 oktyabr 2020 10:23 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq “Qarabağ”ın İsrailə yollanacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov qarşılaşmadan bir gün əvvəl komandanı səfərə aparacaq.

Matçın hazırlıqlarını öz bazasında davam etdirən ağdamlılar koronavirus testindən keçdikdən sonra oktyabrın 21-də İsrailə gedəcək. Günorta saatlarında Təl-Əvivdə olması gözlənilən komanda həmin gün axşam son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR