“Qarabağ”ın sabiq braziliyalı futbolçusu erməni terrorunu pisləyib - FOTO

“Qarabağ”ın sabiq braziliyalı futbolçusu erməni terrorunu pisləyib  - FOTO
# 14 oktyabr 2020 12:23 (UTC +04:00)

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.

2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper instaqram səhifəsi vasitəsilə “Gəncə üçün dua et” haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR