“Qarabağ”ın səfər proqramı açıqlanıb

“Qarabağ”ın səfər proqramı açıqlanıb
# 03 noyabr 2020 15:34 (UTC +04:00)

Avropa Liqasının III turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionu sabah çarter reysilə matçın keçiriləcəyi Sivas şəhərinə yollanacaq.

Ağdam təmsilçisini qardaş ölkəyə aparacaq təyyarə saat 11:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Komanda Sivasa tam heyətlə yollana biləcək. Zədəsini sağaldan oyunçular da baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. “Qarabağ” sabah qarşılaşmanın oynanılacağı “Yeni 4 Eylül” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR