"Qəbələ" və "Sumqayıt"ın futbolçularının diskvalifikasiya müddəti bəlli olub

"Qəbələ" və "Sumqayıt"ın futbolçularının diskvalifikasiya müddəti bəlli olub
# 05 may 2021 16:37 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXV turunda baş verənlərlə bağlı qərarlar verilib.

Çempionatın “Səbail”lə görüşdə qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Merab Qiqauri 1 oyunluq diskvalifikasiya olunub, klub 200 manat cərimələnib.

“Sabah”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimə olunub. Komandanın futbolçusu Cəmaləddin Xocaniyazov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat ziyana düşüb. Bununla da müdafiəçi üçün Premyer Liqada cari mövsüm başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR