Qurban Qurbanov Çempionlar Liqasının püşkatmasını dəyərləndirib

Qurban Qurbanov Çempionlar Liqasının püşkatmasını dəyərləndirib
# 31 avqust 2020 15:48 (UTC +04:00)

“Çox ciddi rəqiblə qarşılaşacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasının nəticəsi barədə danışarkən deyib.

Ağdam klubunun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis Norveç təmsilçisi “Molde” ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib: “Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” – “Molde” görüşü sentyabrın 15-də və ya 16-da Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR