Radamel Falkao azı 3 həftə “Qalatasaray”a kömək edə bilməyəcək

Radamel Falkao azı 3 həftə “Qalatasaray”a kömək edə bilməyəcək
# 11 aprel 2021 21:22 (UTC +04:00)

“Qalatasaray”ın bugünkü məşqində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, komandanın hücumçuları Kərəm Aktürkoğlu ilə Radamel Falkao toqquşub.

Dərhal xəstəxanaya aparılan kolumbiyalı forvardın üz sümüyündə sınıq aşkarlanıb. İstanbul təmsilçisi Falkaonun əməliyyat olunacağını açıqlayıb. Ulduz futbolçu ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray”ın “Fatih Karagümrük”lə dünən heç-heçə etdiyi (1:1) görüşdə Falkao ehtiyatda qalıb, Aktürkoğlu son dəqiqələrdə meydana daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR