“Real” "Milan"ın qapıçısının transferi üçün 50 milyon avro təklif edib

“Real” "Milan"ın qapıçısının transferi üçün 50 milyon avro təklif edib
# 21 aprel 2020 12:22 (UTC +04:00)

İtaliyanın “Milan” klubunun futbolçusu Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı qapıçı “Real”a keçidi gündəmə gəlib.

Madridlilər istedadlı əlcək sahibi üçün 50 milyon avro ödəməyə hazırdır. Komandanın əsas qapıçısı Tibo Kurtuadan tam razı olmayan baş məşqçi Zinəddin Zidan italiyalının transferində maraqlıdır. “Milan”la müqaviləni uzatmaq istəməyən Donnarummanın A seriyası təmsilçisi ilə anlaşması 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, gənc qolkiperi Fransanın PSJ və İngiltərənin “Çelsi” klubları da heyətində görmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR