“Real” Serxio Ramosa əvəzləyici tapıb

“Real” Serxio Ramosa əvəzləyici tapıb
# 03 may 2021 16:27 (UTC +04:00)

Serxio Ramosla yeni müqaviləni razılaşdıra bilməyən “Real” kapitanın yoxluğuna indidən hazırlıq görür.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yayda bir mərkəz müdafiəçisi transferi ilə bu boşluğu doldurmaq niyyətindədir.

Madrid təmsilçisi artıq ilk namizədini də müəyyənləşdirib. Rəhbərlik yayda PSJ-nin kapitanı Markinyoşu heyətinə qatmağa çalışacaq. İspanlar bu keçid üçün Paris klubuna 65 milyon avro təklif edəcək.

Qeyd edək ki, 2013-cü ildən PSJ-nin formasını geyinən 27 yaşlı Markinyoşun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR