Riçard Almeydanın "Zirə"yə keçidi rəsmiləşib

Riçard Almeydanın "Zirə"yə keçidi rəsmiləşib
# 26 oktyabr 2020 16:48 (UTC +04:00)

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Riçard Almeyda ilə müqavilə bağlanıb.

Azərbaycan millisinin 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə cari mövsümün sonuna qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, yığmamızın heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR