Rıza Çalımbay: “Həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik”

Rıza Çalımbay: “Həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik”
# 27 noyabr 2020 00:18 (UTC +04:00)

“Bu oyunda həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

İstanbuldakı qarşılaşmada Azərbaycan çempionu üzərində 3:2 hesablı qələbə qazanan “igidlər” xallarının sayını 6-ya yüksəldib və 1/16 final şansını davam etdirib.

Matçdan sonra baş tutan mətbuat konfransında 57 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: “Qarabağ”dan bu qədər yaxşı oyun gözləmirdim. İlk görüşlə müqayisədə daha yaxşı idilər. Gözəl mübarizə apardılar. Əla və dostca oyun oldu. Bu qələbədən sonra “Vilyarreal” və “Makkabi” ilə görüşlərin önəmi daha da artdı. Bu qədər zədəyə və itkiyə baxmayaraq, mükəmməl şəkildə çıxış etdik”.

Çalımbay matçdan əvvəl ehtiyat qapıçıya da meydan oyunçusu kimi şans verməyi planlaşdırdıqlarını etiraf edib: “Cəmi 4 ehtiyatımız var idi. Hətta ehtiyatdakı qapıçımıza da meydan oyunçusu kimi şans vermək üçün forma düzəltdirmişdik. Komandamla qürur duyuram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR