“Roma”nın futbolçusunun evi qarət olunub

“Roma”nın futbolçusunun evi qarət olunub
# 16 aprel 2021 13:21 (UTC +04:00)

İtaliyanın “Roma” klubunun futbolçusu Kris Smollinqin evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, hadisə bu gün səhər saat 5-ə yaxın baş verib.

Hamının yatdığı vaxt üç silahlı şəxs evə daxil olub. Cinayətkarlar Smollinqi seyfi açmağa vadar edib. Onlar seyfdə olan bütün qiymətli əşyaları götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Roma”nın baş məşqçisi Paulu Fonsekanın da evi qarət olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR