Ronaldo koronavirusdan sağalıb

Ronaldo koronavirusdan sağalıb
# 30 oktyabr 2020 23:00 (UTC +04:00)

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo koronovirusdan sağalıb.

Apasport.az saytının məlumatına görə, bir müddət infeksiyadan əziyyət çəkən hücumçunun testi mənfi nəticələnib.

Üzücü karantini başa vuran Ronaldo artıq “Yuventus”un məşqlərinə qatıla biləcək. O, koronavirus səbəbindən bir neçə oyunda, o cümlədən “Barselona” ilə Çempionlar Liqasının matçında (0:2) meydana çıxa bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR