Rövnəq Abdullayev “Qarabağ” klubunu təbrik edib

Rövnəq Abdullayev “Qarabağ” klubunu təbrik edib
# 02 oktyabr 2020 01:09 (UTC +04:00)

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla telefonla danışıb.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, assosiasiya rəhbəri Avropa Liqasının pley-off mərhələsində Varşavada Polşa təmsilçisi “Legiya” ilə keçirilən oyundan sonra Azərbaycan çempionunu qələbə münasibətilə təbrik edib.

R. Abdullayev telefon danışığı zamanı möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə Ağdam təmsilçisinin bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib. O, həmçinin “Qarabağ”a qrup mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, 3:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri oktyabrın 2-də atılacaq püşkatmada müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR