Rusiya Premyer Liqasında ilk koronavirusa yoluxma faktı qeydə alınıb

Rusiya Premyer Liqasında ilk koronavirusa yoluxma faktı qeydə alınıb
# 16 may 2020 22:47 (UTC +04:00)

Rusiya Premyer Liqasında koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Moskvanın “Lokomotiv” klubunun futbolçusu Cefferson Farfanın testi müsbət nəticələnib.

35 yaşlı perulu Premyer Liqada bu xəstəliyə yoluxan ilk futbolçu olub. Martın 22-də Moskvaətrafındakı evində özünü izolyasiyada olan Farfanda koronavirusun olması klub rəsmiləri tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, yoluxma faktı Premyer Liqanın iyunun 21-də bərpa olunması barədə qərar verildikdən sonra qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR