“Sabah” meydana ermənilərin açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçunun adı həkk edilən formada çıxacaq

“Sabah” meydana ermənilərin açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçunun adı həkk edilən formada çıxacaq
# 02 oktyabr 2020 15:04 (UTC +04:00)

“Sabah” klubu Azərbaycan Premyer Liqasının V turunda bu gün “Keşlə” ilə keçirəcəyi matça xüsusi formada çıxacaq.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, formanın ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.

Qeyd edək ki, “Sabah” – “Keşlə” qarşılaşması saat 15:30-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR